Sosial şəbəkədə yad kişilərlə yazışdığım üçün ərim məni boşadığını deyir, qayıtmaq şansım varmı?

    23.10.2025
Kimdən: 
Qadın
Sual: 
Salam Aleykum mən Tiktok platformasında yad kişilərlə mesajlaşdım sadəcə mesaj Nəhayətində 3 aydan sonra Ərim bu əməllərimdən xəbər tutdu Meni vurmasada döyməsədə atamın evinə atdı mənim talağımı verdiyini dedi amma bir müddətdən sonra boşamadigini dedi 1 talağim qalib hələ məni çox sevir həm ayrılmaq istəyir həmdə yox amma heç vaxt bağışlamayacam haqqımı halal etmeyecem deyir 3övladımız var və mən çox peşmanam tövbə etdim Rəbbimə Hər axşam görüşürük mənə o danışdigin kişiləri öldürəcəm deyir 4 nəfərdi (mən nə edim necə ikna edim bu işdən o çox ciddidir amma o kişilər də müsəlman idi həmdə başqa ölkələrdədi mən çox peşmanam zaten ərim bilməmişden də peşman idim istmrəm ayrlaq
Cavab: 

Və aleykum Salam. Əgər etdiyiniz əmələ görə peşman olmusunuzsa, bu tövbənin başlanğıcıdır. Allah səmimi tövbəni qəbul edir. Sosial şəbəkədən bir müddət uzaq durun, bu da ərinizin inamını bərpa etməyə kömək edəcək. Əgər ərinizin təhdidləri ciddi səviyyəyə çatarsa, yaxın ailə böyüklərinə və ya onun sözünü qəbul edəcəyi adamlara bu barədə deyin. Boşanma məsələsində isə dəqiq hökm üçün din xadiminə müraciət edin. Əgər bir talaq (boşanma) deyibsə, demək ki, hələ ailə davam edə bilər. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: