Monqolustandan gətirilən ətləri yemək olarmı?

    15.12.2025
Sual: 
Əssələmu aleykum va rahmətullah. 1. Son vaxtlarda mağazalarda Monqolustandan idxal olunan mal əti, qoyun-quzu əti satılır. Bu ətləri yemək olar? Halaldır? (Bildiyim qədər Monqolustan heç kitab əhli də deyil) 2. Əgər halal deyilsə, bəs həmin ətlər donuz kimi murdar sayılır yoxsa ət özü təmizdi? Atam evə alıb və narahat oluram ki, ətin yağı, qanı başqa şeylərə qarışmasın, qablara dəyməsin, ayrıca qalsın. 3. Həmçinin, Rusiya və Zellandiyadan da az miqdarda idxal olunduğunu deyirlər. Bəs bu ölkələrdən gələn mal əti halaldı? Ehtiyat etmək yaxşıdı, yoxsa almaq olar? Zəhmət olmasa cavablayarsınız. Allah sizi xeyirlə mükafatlandırsın
Cavab: 

Va aleykum Salam. 

1) Monqolustan xalqının əksəriyyəti bütpərəst dininə etiqad edirlər. Bütpərəstin kəsdiyi əti isə yemək haramdır. Bildiyimiz kimi ətin halal olması üçün onu kəsən ya müsəlman, ya da Kitab əhli olmalıdır. Lakin əgər heyvanların kəsimini müsəlman şirkət yerinə yetirirsə və heyvanların kəsimi müsəlmanlar tərəfindən şəriətə uyğun şəkildə aparılırsa, bu halda o ətlərin yeyilməsi halaldır. 


2) Şəriətə uyğun şəkildə kəsilməyən ətlər leş sayılır, leş isə donuz əti kimi murdardır. 


3) Rusiya, Yeni Zelandiya və s. bu kimi Kitab əhli olan ölkələrdən gətirilən ətlər isə Kitab əhli tərəfindən kəsildiyi üçün halal sayılır. Ətraflı oxuyun:

Rusiyada dükandan alınmış əti yemək olarmı?

Litvada marketlərdə satılan ətləri alıb yemək olarmı?

Teqlər: 
Paylaş: