Dəstəmaz aldıqdan sonra üzünə pulcuq yapışdığını görən yenidən dəstəmaz almalıdır?
Sual:
Salam aleykum. Dəstəmaz alıb namaz qıldıqdan təqribən bir saat sonra gözümün yanında balaca nöqtə boyda bir qalıntı olduğunu gördüm, çox güman ki, pulcuq qalığı idi. Belə olan halda namazım səhihdirmi, yoxsa dəstəmazı təzələyib yenidən namazı qılmalıyammı? Allah elminizə bərəkət versin.
Cavab:
Və aleykum Salam. Əgər dəstəmaz alarkən pulcuğun altı islanıbsa, namazınız səhihdir. Yox əgər pulcuğun altı quru qalıbsa və bu əraziyə su dəyməyibsə dəstəmazı təzələyib namazı yenidən qılmaq lazımdır. Həmçinin oxuyun: