İş yerindən qovulmağım qədərdirmi, yoxsa etdiyim hər hansı günahlara görə baş verir?
Sual:
Salam aleykum.
İş yerində kimsə sənin "torbanı tikir" və nəticədə işdən azad olursan. Bu qədərdimi? Bu hal olmasaydı, işdə qalaraq fəaliyyətimi davam etdirə bilərdim. Sakit və zərərsiz təbiətli olduğumu bildikdən sonra bəzi şəxslər əsassız şər və böhtanla məni günahlandırıb, nəticədə rəhbər də araşdırma aparmadan yalnız bir tərəfin sözünə əsasən işdən çıxarma qərarı verib.
Bütün bunlar Allahın qədəridirmi yaxud etdiyim hər hansı xəta-günahlara görə Allah belə insanları qarşıma çıxarır?
Cavab:
Və aleykum Salam. İnsanın başına gələn müsibətlər və çətinliklər, sözsüz ki, Uca Allahın insana yazdığı qədərdir. Bu hadisələri ya insanın günahlarına görə, ya da bir imtahan olaraq baş verir. Bu barədə ətraflı oxuyun: