Barmaqları şaqqıldatmaq qadağandırmı?
Sual:
Salam əleykum əllərini şakıldadmaq günahdı?
Cavab:
Və aleykum Salam. Barmaqları şaqqıldatmaq namazda bəyənilmir. Adi hallarda isə qadağan deyil. Çünki belə etmək həm namaz qılanın özünü yayındırır, həm də digər namaz qılanları narahat edir. Bir çox alimlər namazda barmaqları şaqqıldatmağı artıq hərəkət adlandırmışlar. Şubə rəvayət edir ki, bir dəfə İbn Abbasın (Allah ondan razı olsun) yanında namaz qıldım və namaz əsanasında barmaqlarımı şaqqıldatdım. İbn Abbas (Allah ondan razı olsun) namazdan sonra mənə dedi: "Namaz əsnasında barmaqlarını şaqqıldatma!" (İrvaul-Ğalil, 2/99). Həmçinin oxuyun: