İŞİD haqqında fikirləriniz nədir? İraqda cihad varmı?

    26.06.2014
Kimdən: 
Cavid
Sual: 
İŞİD (İraq Şam İslam Dövləti) haqınnda fikirləriniz nədir? Iraqda cihad varmi?
Cavab: 

Salam aleykum. Onlar müasir aləmdə ümumən radikal qruplaşmalar kimi tanınırlar. Lakin, ideologiyaları xavaric ideologiyasıdır. Peyğəmbərin dönəmində də olmuşlar, indi də mövcuddurlar. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun!) belə buyurur: "Axır zamanda yaşları az, beyinləri küt olan kimsələr gələcəklər. Onlar ən xeyirli sözləri danışacaqlar, (lakin) ox ovunu dəlib keç­diyi kimi İs­lam­dan çıxacaqlar. Onların imanı xirtdəklərindən o yana keçmə­yəcəkdir. Odur ki, onları harada görsəniz, öldürün! Şübhəsiz ki, onları öldü­rən kim­sə­lərə Qi­yamət günü bunun müqabilində mükafat veriləcəkdir".​ (əl-Buxari, 3611). Onlar haqda hədislər olduqca çoxdur. Hədislərin hamısını burada qeyd etməyə imkan yoxdur. Lakin, qısa şəkildə qeyd edək ki: "Onlar yaradılmışların - insanların və heyvanların - ən şərliləridirlər", "Onlar Cəhənnəm köpəkləridirlər", "Onlar müsəlmanları öldürəcək, müşrikləri isə tərk edəcəklər" və s. Xavariclər üçüncü xəlifə Osman ibn Əffanı və dördüncü xəlifə İmam Əli adı ilə məşhur olan Əli ibn Əbu Talibi (Allah onlardan razı olsun) şəhid etmişlər. O dövrdən indiyə kimi bir çox fitnələr çıxarıb müsəlmanların qanını halal görərək onları qətl ediblər. Bu qətliam indi də davam edir. İraqda, Suriyada, Liviyada, Əfqanıstanda və digər müsəlman ölkələrində müsəlmanların qanını tökür və fitnə-fəsad yayırlar. Bunun həqiqi İslamla və həqiqi müsəlmanlarla heç bir əlaqəsi yoxdur.
Xavariclərin əsas xüsusiyyətlərindən biri də onların narazı olmaları, hakimiyyətə can atmaları, özlərinə müxalif olanları kafir saymalarıdır. Avam və dində yeni olan müsəlmanları aldadıb, cihad adı altında belə qruplaşmalara cəlb edirlər. Xülasə, onlar heç vaxt müvəffəqiyyət qazanmayacaqlar. Həmçinin oxuyun:
İŞİD nəyə əsaslanaraq insanlara işgəncə verir?
Allah İŞİD-i niyə cəzalandırmır?
İslam fiqhi: Cihad bölümü
Cihad nə deməkdir və kimlərə vacibdir?
Allah yolunda döyüşməyin fəziləti

Teqlər: 
Paylaş: