Dəlil varmı ki, Əli ibn Əbu Talib Ömərin qayınatası olub?

    16.01.2026
Kimdən: 
Toqrul
Sual: 
Əli ibin Əbu talib Ömər ibin Xəttabın qaynatası delil var
Cavab: 

Əssələmu aleykum. Tarix və nəsəb alimləri yekdilliklə razılaşmışlar ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) öz qızı Ummu Külsümü Ömər ibn əl-Xattaba (Allah ondan razı olsun) ərə vermişdir. Ummu Külsümün anası isə Peyğəmbərin ﷺ qızı Fatimə (Allah ondan razı olsun) olmuşdur. Tarixçi Yəqubi öz "Tarix" əsərində hicrətin 17-ci ilin hadisələrini qeyd edərkən belə deyir: "Bu ildə Ömər, Əli ibn Əbu Talibin qızı Ummu Külsümə elçi düşdü. Onun anası Allahın Elçisinin ﷺ qızı Fatimə idi. Əli dedi: "O hələ balacadır". Ömər isə dedi: "Mən sənin düşündüyün niyyəti daşımıram. Lakin mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişəm: "Qiyamət günü bütün nəsəb və səbəblər kəsiləcək, yalnız mənim səbəbim, nəsəbim və qohumluğum istisnadır". Mən istədim ki, Peyğəmbərlə ﷺ aramda bir səbəb və qohumluq (qayınlıq) olsun". Beləcə, onunla evləndi və mehr olaraq on min dinar verdi". (Yaqubinin "Tarix" əsəri, 2/149-150). 

İbn Əbul-Hədid belə nəql etmişdir: "Ömər ibn əl-Xattab Rum padşahına bir elçi (qasid) göndərmişdi. Əlinin qızı Ümmü Külsüm, yəni Ömərin zövcəsi, bir neçə dinara ətir aldı, onu iki şüşə qabda qoydu və Rum padşahının zövcəsinə hədiyyə etdi. Elçi geri qayıtdıqda, iki qabın içi dolu qiymətli daş-qaş ilə qayıtdı. Ömər onun yanına daxil oldu və daş-qaşı onun qucağına tökmüş halda gördü və soruşdu: "Bu haradandır?" O, məsələni ona danışdı. Bu vaxt Ömər daş-qaşı götürdü və dedi: "Bu, müsəlmanlar üçündür". Ummu Külsüm dedi: "Necə yəni? Axı bu, mənim hədiyyəmin əvəzidir!" Ömər dedi: "Səninlə mənim aramda atan hökm versin". Əli dedi: "Sənin (ətir üçün) xərclədiyin dinarların dəyəri verilsin, qalanı isə tam şəkildə müsəlmanlara verilsin. Çünki bunu müsəlmanların elçisi daşıyıb". (Nəhcul-Bələğanın şərhi, 4/575). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: