Övrətdən xaric olan mayenin məzi və ya məni olması nədən bilinir?
Sual:
Salam Aleykum.Mən yuxudan oyananda alt paltarımda gələn mayenin (məni) yoxsa (məzi) olduğuna bəzən şüphə edirəm. Yəni tam əminliklə hökm verə bilmirəm ki,bu hansıdır.Və qorxuram ki,birdən səhv qərar verərəm.Şüphəyə düşürəm.O halda mən nə edim.Zəhmət olmasa ətraflı məlumat verərsinizdə.Allah sizə bərəkət versin, Əmin.
Cavab:
Və aleykum Salam. Məzi spermadan əvvəl gəlir və az miqdarda şirəli rəngsiz mayedir. Məzinin çıxması qüslü vacib etmir. Spermaya isə "məni" deyilir. Sperma qatı, çox miqdarda, sürətlə çıxan mayedir. Sperma çıxdıqdan sonra insan boşalır və ehtirası sona çatır. Spermanın çıxdıqdan sonra qüsül etmək vacib olur. Həmçinin oxuyun: