Yaşlı insanlar namazları birləşdirib üç dəfə qıla bilərlərmi?

    28.01.2026
Sual: 
Salam aleykum. Nənəmin 80+ yaşı var və şiə namazı qılır gündə 3 dəfə. Əgər doğru şəkildə namaz qılmağı öyrənsə yaşını nəzərə alaraq namazları birləşdirib qıla bilər? Onun üçün asan olsun
Cavab: 

Və aleykum Salam. Yaşlı insanlar dəstəmaz almaqda və ya dəstəmazı saxlamaqda çətinlik çəkirlərsə, namazı zahirdə cəm edə bilərlər. Namazı zahirdə cəm etmək Zöhrlə Əsr və Məğriblə İşa namazlarına aiddir. Belə ki Zöhr namazını son vaxtında, Əsr namazına yaxın qılınıb ardınca Əsr namazı qılınır. Həmçinin Məğrib namazı İşa namazına yaxın vaxta gecikdirilir. Ardınca isə İşa namazı qılınır. Bu cür birləşdirmək "zahiri cəm etmək" adlanır. Həmçinin oxuyun:
Atam gündə beş vaxtda namaz qılmağıma etiraz edir, nə edim?

Teqlər: 
Paylaş: