Bir kişi zövcəsi ilə yaxınlıq etməyəcəyinə and içərsə, nə etməlidir?

    28.01.2026
Sual: 
Salam Aleykum və Rahmətullah. Qadını ilə əlaqədə olmayacağına and içməyin kəffarəsi 3 ay oruc tutmaq olduğu barədə ətraflı məlumat istərdim
Cavab: 

Və aleykum Salam. Bir kişinin zövcəsi ilə yaxınlıq etməyəcəyinə and içməsi İslamda "İlə" adlanır. Uca Allah bu xüsusda belə buyurur: "Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər (bu müddət içində andlarından) dönsələr, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir" (əl-Bəqərə, 226). Qadını ilə yaxınlıq etməməyi and içmək dedikdə, bir kişinin arvadı ilə bir müddət cinsi əlaqədə olmamağa and içməsi nəzərdə tutulur. Bu müddət ya dörd aydan az ola bilər, ya da dörd aydan çox ola bilər. Əgər dörd aydan az müddətə and içibsə, bu zaman kişi istəsə müddətin bitməsini gözləyib, sonra arvadı ilə cinsi əlaqədə ola bilər, istəsə andını pozub yaxınlıq edə bilər, lakin bu halda andını pozduğuna görə kişiyə kəffarə vermək vacib olur.

Əgər kişi dörd aydan artıq müddətə zövcəsi ilə yaxınlıq etməyəcəyinə and içərsə, bu halda dörd ay tamam olduqdan sonra kişidən ya zövcəsi ilə yaxınlıq edib kəffarə vermək, ya da onu boşamaq tələb olunur. Kəffarə üçün 3 ay oruc tutmaq məlumatı isə düz məlumat deyil. Andın kəffarəsi barədə ətraflı oxuyun:

Andın kəffarəsi

Teqlər: 
Paylaş: