Sübhdən əvvəl qalxa bilmirəmsə, gecə namazını gecənin əvvəlində qıla bilərəmmi?

    09.08.2026
Kimdən: 
Orxan
Sual: 
Salam,Men gece Namazı qılıram yayda Sübh Azanı vaxtı dura bilmirem qışda dura bilirem gece Namazıda Sübh Azanına 10-15dq qalmış qılırdım yayda dura bilmədim üçün axşam saat 1 de qıla bilərəm?
Cavab: 
Və aleykum Salam. Gecə namazının (təhəccüdün) vaxtı İşa namazından sonra başlayır və Sübh azanı daxil olana qədər davam edir. Buna görə də yay aylarında sübhə yaxın qalxa bilmirsinizsə, onu gecənin əvvəlində, məsələn saat 1-də qılmağınız icazəlidir. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını gecənin son üçdə birində qılmağı daha fəzilətli hesab etmişdir, lakin qalxa bilməyəcəyindən qorxan kəsə gecənin əvvəlində qılmağı tövsiyə etmişdir. 
Bununla yanaşı, Sübh namazını vaxtında qılmaq gecə namazından daha vacibdir və bütün səylərinizi buna yönəldin. Erkən yatmağa çalışın, yatmazdan əvvəl zəngli saat qurun və Allahdan sizə Sübh namazına qalxmağı nəsib etməsini çox istəyin. Həmçinin oxuyun:

Sübh namazına vaxtında durmaq üçün nə etmək lazımdır?

Sübh namazına dura bilmirəm, gün çıxandan sonra qılmaq olarmı?

Teqlər: 
Paylaş: