Kişi həyat yoldaşına xəyanət etdikdən sonra qadın ərinin yataq dəvətini rədd etməsi günahdırmı?

    11.08.2026
Kimdən: 
Həlimə
Sual: 
Kişi qadına xəyanət edibsə və bu əməlinə görə qadın ondan uzaqlaşıbsa və bundan sonra kişi qadınını yatağa dəvət edirsə, qadın getməzsə günah qazanar mı həmçinin dəvət etməsə belə qadın ayrı yatsa ? Qadınada aiddir bu suall İnşəAllah cavab verərsiz.
Cavab: 

Əssələmu aleykum. Əgər ər tövbə etməyib və hələ də günah əməlini davam etdirirsə, bu halda qadın əri ilə yaxınlıq etməkdən imtina edə bilər. Lakin əgər ər tövbə edib, xəyanəti tərk edib və qadının şəri baxımdan üzrlü səbəbi yoxdursa, ər-arvad münasibətlərində hər iki tərəfin bir-birinin haqqını qoruması vacibdir.

Qadının ərinin dəvəti olmadığı halda ayrıca yatması haram sayılmır. Həmçinin bu hökm qadına da aiddir. Ən doğru yol xəyanət edən tərəfin səmimi tövbə etməsi, haram əlaqələri tamamilə kəsməsi, etimadı bərpa etməyə çalışması və ər-arvadın məsələni öz aralarında şəriətə uyğun qaydada həll etməsidir. Həmçinin oxuyun:
Ərimin zina etməsini qəbul edə bilmirəm...
Kişi xəyanət edirsə, həyat yoldaşı ondan küsə bilərmi?

Paylaş: