Evlilik niyyətilə naməhrəmlə tanışlıq necə olmalıdır və tərəflər arasındakı yaş fərqi nə qədər olmalıdır?

    18.08.2026
Kimdən: 
Anonim
Sual: 
Salam,menim sualim refiqeme goredi Menim refiqemin 18yaşı var bir adam var ondan xosu gelir amma 27yaşı var yeni onun fikri ciddi ola biler ciddi bir yaşdadır.Amma o uz uze gore bilmeden danismadan bir insani taniya bilmez.Sizce sadece tanislig ucun danissa yaxud gorusse gunah olmaz ki? Bir sualim daha olacag ki aradaki yaş ferqinin dinimizde bir qadagasi yada bir problemi varmi? Sizce 9yaş ferq chox hesab olunur?? Yaxud bu insanin onun qismeti olub olmadigini nece oyrene bilerik?
Cavab: 

Və aleykum Salam. İslamda qızla oğlanın evlilik niyyəti ciddi olduqda bir-birini tanımaq üçün şəriətin müəyyən etdiyi çərçivədə, ailələrin xəbəri və mümkün qədər vəli nəzarəti ilə görüşüb danışması icazəlidir. Bu barədə ətraflı oxuyun:

Naməhrəmlə danışmaq günahdırsa, insanı tanımamış necə evlənək?

Naməhrəmlə tanış olmaq məqsədilə danışmaq olarmı?


Yaş fərqinə gəlincə, şəriət 18 və 27 yaş arasında doqquz illik fərqi öz-özlüyündə qadağan etmir. Əsas məsələ tərəflərin dini, əxlaqı, uyğunluğu və evliliyə məsuliyyətlə yanaşmasıdır. Qız həmin şəxsin dinini, əxlaqını, məsuliyyətini və ailə həyatına münasibətini araşdırmalı, bunu etibarlı insanların vasitəsilə dəqiqləşdirməlidir.

"Qismətim olub-olmadığını necə bilim?" sualına gəldikdə, bunu əvvəlcədən bilmək mümkün deyil. İnsan səbəblərə əl atır, istixarə edir və sonra Allaha təvəkkül edir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: