Dərslərim çox olduğu üçün namazı iki il təxirə sala bilərəmmi?
Və aleykum Salam. Namazı dərslərə görə iki il sonraya saxlamaq olmaz, çünki namaz öz vaxtında qılınması fərz olan ibadətdir və dərslərin çoxluğu bunu tərk etməyə üzr sayılmır. Namazların qəza olacağından qorxduğunuz üçün namazı tamamilə buraxmayın, əksinə, namaz qılmaqla Allahdan kömək diləyin, çünki namaz dərslərə maneə deyil, Allahın bərəkət verdiyi böyük bir itaətdir. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, o (namaz), Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir". (əl-Bəqərə, 45). Mümkün qədər aradakı fasilə vaxtlarından istifadə edərək namazları vaxtında qılmağa çalışın, ayaq üstə qılmaq mümkün olmadıqda oturaraq da namazı qıla bilərsiniz. Bu mümkün olmasa, namazları birləşdirə bilərsiniz. Bu barədə ətraflı oxuyun:
Hər gün Quranı Azərbaycan dilində oxumağınız çox gözəldir, lakin tərcüməni oxumaq Quranın ərəb dilində oxunuşunu əvəz etmir. Odur ki, imkanın olduqca ərəb mətnini də oxumağı öyrənin. Həmçinin oxuyun: