Qədr gecələri, Qiyamət günü və cinlər haqqında

    05.07.2014
Sual: 
Salam aleykum.1.QMI-nin teqvimine gore ehya geceleri Ramazan ayinin 18-den 19-na,20-den 21-ne,22-den 23-ne kechen gecelere tesaduf edir.Bu doqruurmu?Axi axir on gunun tek gecelerinden biri olmali idi.2.Dunen qonshumuz bizde olarken onunla mubahisem dushdu.Deyir ki,''Qiyamet gunu qopur da onsuz ora daqilir,bura daqilir''Men deyirem ''ele deyil axi Qiyamet gunu var''.Deyir''Quranda ki, sureleri sen basha dushmursen''behaneler getirdi.Anam da mene aciqlandi bele dediyimchun.Meger men indi gunah etmish oldum?Axi o sehv deyirdi.3.Cinler movcuddurmu?Tv-de izlemishdim.Bir nefer deyirdi,cinler eslinde bakteriyalardi.O vaxt Peyqemberimiz(sallallahu aleyhi ve sellem) ovaxt o sozu deye bilmiyib.Onlarinda zereri var,xeyiri var.Bu doqrudur?
Cavab: 

Aleykum salam.
1) Əhya gecələri haqqında daha ətraflı buradan oxuyun: "Qədr gecəsi hansı günə düşür və bu gecənin fəziləti nədir?" 
2) Xeyr, inşallah siz günah qazanmış olmazsınız və təbii ki, siz düz demisiniz. Sadəcə islama dəvətdə ən vacib şərtlərdən biri də dəvət edənin dəvət etdiyi məsələ haqqında konkret səhih şəri biliyə malik olması, özünün əməl etməsi və bir də bu yolda baş verən əziyyət və müsibətlərə qarşı səbrli davranıb əxlaqla və hikmətlə hərəkət etməsidir. Odur ki, siz dəvət etdiyiniz məsələlərə dəqiqliklə yiyələnib riayət etməyə çalışmalısınız ki, insanlara da düzgün və onları qane edəcək şəkildə çatdıra biləsiniz. Uca Allah buyurur: "İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" (ən-Nəhl, 125).
And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa". (əl-Asr, 1-3). 
Alimlər bu surənin təfsirində deyiblər ki, iman gərtirmək üçün səhih elm, səhih elmi də insanlara düzgün şəkildə çatdırmaq üçün saleh əməllər görüb səbrlə davranıb hikmətli olmaq lazımdır.
3) Cinlər mövcuddur və onların da insanlar kimi kafiri və müsəlmanı olur. Daha ətraflı buradan oxuyun: "Cinlər mövcuddurmu?" , "Cinlərin həyatı haqqında"
Onların zərəri və ya xeyiri olub olmaması haqqında isə bunu oxuyun: "Cadu və cinlər həqiqətdirmi?"
 

Teqlər: 
Paylaş: