Şeytanı lənətləmək olarmı?

    11.07.2014
Kimdən: 
Baxış
Sual: 
Salam şeytanı her gün lenetlemek olar ve hergün lenet yaxdırılarsa şeytan insana nes ede biler meselen men hergün lenetleyirem
Cavab: 

Aleykum salam. Bir gün səhabələrdən (Allah onlardan razı olsun) biri Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) yol gedirdi və qəflətən heyvanın ayağı büdrədi. Həmin səhabə (radıyəllahu anhu) dedi: "Lənət olsun şeytana!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: - "Şeytanı lənətləmə, çünki sən onu lənətləyəndə, o, ev kimi böyüyür və deyir: "Bu mənim gücümdür!". Sən əksinə "Bismilləəh" de, çünki "Bismilləəh" deyəndə şeytan balacalaşır və milçək boyda olur". (İmam Əhməd, 20068; Əbu Dəvud, 4982).
Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Həmçinin oxuyun:
Cadudan qorunmaq üçün nə etmək lazımdır?
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua

Teqlər: 
Paylaş: