Kəbənin içində nə var və digər suallar

    17.07.2014
Sual: 
salam eleykum 1.Kebenin icerisnde ne yerlesir? 2.namehrem qadin mene el ile salam verse ne etmeliyem? 3.qusulsuz namazqilmaq olar? 4.ayagi yumaq evezine mehz cekmek olar?
Cavab: 

Aleykum salam. 
Aşağıdakı videoda Kəbənin içərisinə baxa bilərsiniz:
http://www.youtube.com/watch?v=I-MimunZijM#t=240

Naməhrəm qadın əllə salam versə, xətrinə dəyməyəcək şəkildə bunun dində qadağan olunmasını izah etmək lazımdır. Ölkəmizdə insanların əksəriyyəti şəriət qayda-qanunlarından bixəbərdir. Ona görə siz tədricən onları bu qaydalara riayət etməyə alışdırın. Bilə-bilə etdiyimiz əməllərə görə məsuliyyət daşıyırıq.    

Qüsulsuz namaz qılmaq olmaz. Əgər qüsl almağa su tamırsızsa, onda torpaq ilə təyəmmüm edib qıla bilərsiniz. Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Dəstəmazla bağlı bu cavabı oxuyun: Dəstəmaz alarkən ayaqlar yuyulur, yoxsa üzərinə məsh çəkilir?

Paylaş: