Toz udmaq və naməhrəmlə əllə görüşmək orucu və ya qüslu pozurmu?

    28.07.2014
Sual: 
Salam. Mən günorta oruclu vaxtı anamın küçədən tapıb gətirdiyi göyərçini öpdüm, doyunca qoxladım və yedirdim, o da qanadlarını çırpırdı yanımda. Əgər göyərçindən mənə toz getmiş olsa orucum pozulur? Bir də dayım oğlu ilə əllə görüşdüm. Bu orucumu və ya qüslumu pozur? Əgər pozursa tez qüsl almağım lazım idimi? Yoxsa axşam orucumu açandan sonra qüsl alsam olarmı?
Cavab: 

Aleykum salam. Bilmədən toz udmaq orucu pozmur. Qadının qohumu olsa belə naməhrəm olanlarla əl ilə görüşməsi günahdır. Ölkəmizdə insanların əksəriyyəti şəriət qayda-qanunlarından bixəbərdir. Ona görə siz tədricən qohumlarınızı bu qaydalara riayət etməyə alışdırın. Amma bu hal nə orucu nə də qüsulu pozmur. Daha ətraflı:
Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?
Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Paylaş: