Dəfələrlə eyni günahı edirəm və bundan əl çəkə bilmirəm

    01.08.2014
Kimdən: 
elish
Sual: 
salam aleykum men bir cox gunah isletmisem ve cox tovbe etmis gunahi yeniden islemisem. men ne edim ki bu adetim itsin
Cavab: 

Aleykum salam. Əvvəlcə bunu bilmək lazımdır ki, dəfələrlə olsa da, hər dəfə günahı etdikdən sonra tövbə etmək lazımdır. "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153).
Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Bəndə Uca Allaha qarşı nə qədər itaətkar olarsa, Uca Allah da onu o qədər nəfsinin şərindən və şeytanın vəsvəsəsindən qoruyar: "Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər". (ət-Talaq, 2).

Ona görə də çoxlu dua etmək, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bizə buyurduğu zikrləri çox etmək (buraya daxildir: namazdan sonrakı zikrlər, səhər və axşam zikrləri, evə girərkən və evdən çıxarkən edilən zikrlər, yatmazdan qabaq zikrlər, yeməkdən qabaq zikrlər və s. Müsəlmanın qalası kitabçasındakı zikrlər), namaz qılmaq, mömin insanlarla oturub durmaq, məscidə getmək və s. xeyirli əməlləri çoxaltmaq lazımdır. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45).
Həmçinin günaha aparan əməllərdən və insanlardan uzaq durmaq lazımdır. Daha ətraflı: Dəfələrlə tövbəmi pozuram, nə edim?

Teqlər: 
Paylaş: