Allahın birliyinə dair şübhələrdən necə xilas ola bilərəm?

    12.09.2014
Sual: 
Salam,menim problemim subhedi.mende ALLAHIN birliyine dair subhe olur.qurtula bilmirem cavabini versem bir basqa curesi olur.belke size sacma gelse de menim heqiqeten komeye ehtiyacim var.duzelmek isteyirem
Cavab: 

Aleykum salam. Sizin şikayət etdiyiniz bu vəsvəsələr və sizə gələn bu fikirlər sizin imanınızın sadiq olmasına dəlalət edir. Bu vəsvəsələrlə şeytan indi o sadiq imanı, sizin əlinizdən almaq istəyir. Səhih bir hədisdə belə deyilir: "Bir dəstə insan Rəsulallahın (sallallahu aleyhi ve səlləm) yanına gələrək deyirlər ki, ey Allahın elçisi! Bizə bəzən elə fikirlər gəlir ki, biz onu dilə gətirməkdən çəkinirik. Hətta dərəcədə böyük və pis fikirlərdir. Rəsulallah onlara "sizə bunlar baş verirmi?" dedikdə,  onlar bəli, deyə cavab verdilər. Rəsulallah onlara, bu əsl imandır deyə cavab verdi". (Müslim). Qurani kərimin mənaca tərcüməsini oxuyun, elminizi artırın.
Sizə bu fikirlər gəldikdə bunları edin:
1) İlk öncə "əuzu billəhi minə-ş-şeytani-r-racim" deyərək lənətlənmiş şeytandan Allaha sığının.
2) Sol tərəfinizə üç dəfə yüngül tüpürməklə şeytandan Allaha sığının.
3) Sonra "əməntu billəhi və rusuluhi" - "Allaha və rəsullarına iman etdim" deyin.
Həmçinin oxuyun:
İmanda şəkkə düşənin duası
İnsanın özündən asılı olmayaraq Allah haqqında pis fikirlərə düşməsi günahdırmı? 

Teqlər: 
Paylaş: