Möhürlə namaz qılmaq və namazdan əvvəl evdə azan vermək haqda

    19.09.2014
Sual: 
salam.men mohurle namaz qiliram.ewitmiwemki bu duzgun deyil.indi men mohurle qilmiyim? evde her namazda azan oxuyan saat var.hemiwe destemaz alib sora azana qulaq asib namazimi qiliram.mene deyirlerki azan ewitmisense namazi iqame ile bawla.bu ne derecede duzgundur? indiden tewekkurler.Allah razi olsun
Cavab: 

Aleykum salam. Uca Allah bizə bütün ibadətlərimizdə Peyğəmbərimizi (salləllahu aleyhi və səlləm) özümüzə nümunə götürməyi buyurmuşdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) isə namazı möhürsüz qılıb. Daha ətraflı: Namazın möhürsüz qıldıqda alnımızı hara qoyaq? 
Saat, radio, televizor, telefon və s. vasitələrdən azanı dinləyib namaz qılmaq doğru deyil. İstəsəniz özünüz azan oxuya bilərsiniz. Tək namaz qılan üçün azan vermək vacib yox, müstəhəb (bəyənilən) əməldir. Həmçinin oxuyun: Namazdan əvvəl azan və iqamə vermək vacibdirmi?

Teqlər: 
Paylaş: