Qüsl alaraq xəstələnəcəyindən ehtiyat edən şəxs, namazları nə vaxt qılmalıdır?

    30.09.2014
Sual: 
Salam. Səhər oyanmışam qüslum pozulub. Hava soyuqdu. Səhər çimib çıxsam xəstələnəcəm. Təyənnüm edib namaz qılmaq olar? Yoxsa namazları axşama saxlamaq lazımdır ki, axşam qüsl alıb qəzalarını sonra qılım? Tutaq ki, təyənnüm olar aldım qıldım. Bəs sonra ki, namazları necə yenə təyənnüm yoxsa dəstəmaz alım namaz qılım? Xahiş edirəm bu sualları cavablandırın.
Cavab: 

Aleykum salam. Qüsul almağa şərait yoxdursa və ya xəstələnmək təhlükəsi varsa, müvəqqəti olaraq, imkan yaranana qədər torpaqla təyəmmüm edib namazları qılmaq lazımdır və namazları qəza etmək olmaz. Həmçinin oxuyun: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?

Paylaş: