Heyz zamanı hazır paketlərdən istifadə etmək olarmı?

    16.10.2014
Sual: 
Salam. Heyz olarkən rahatlıq üçün satılan hazır paketlərdən istifadə etmək günahdırmı? Bir də deyirlər ki, əsgini və ya paketi yumamış atmaq günahdır və həmin şəxsin qüslu da batildir. Bu məlumat doğru ola bilərmi?
Cavab: 

Aleykum salam. Dediyiniz paketləri istifadə etməkdə heç bir günah yoxdur. Bu bir rahatçılıqdır və dinimiz də insanlara rahatçılığı tövsiyə edir: "...Allah sizi çətinliyə salmaq istəməz...". (əl-Maidə, 6).
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: “Asanlaşdırın, çətinləşdirməyin. Rahatlaşdırın (müjdələyin), nifrət oyatmayın”. (Buxari və Muslim).
Onları yumamış atmağın qüsulu pozması fikri isə cəfəngiyyatdır. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Paylaş: