Başörtüyü ilə bağlı hədisin doğruluğuna inanmıram

    28.11.2014
Sual: 
Salam aleykum ve rehmetullahi ve bereketuhu. Bele bir hedis vardir ki, hicab ayesi nazil olduqdan sonra qadinlar eteklerini kesib baslarina ortduler. Men bu hedisin dogruluguna inanmiram. Cunki eyer ele olsaydi o zaman Qurani Kerimde niye Allah Basortuklerini yaxalarina salsinlar deye emr etmis. Demek ki, bundan evvel basortusu variydi . Xais edirem cavabini bilirsizse deyesiz. Allah amaninda.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Hədis səhihdir. Aişə (radıyallahu anhə) belə demişdir: "Allah ilk mühacir qadınlara rəhmət eləsin! "...örtüklərini yaxalarının üstünə salsınlar..." (ən-Nur, 31) ayəsi nazil olandan sonra onlar paltarlarından bir parça kəsərək üzlərini örtdülər". (Səhih Buxari, 4481, Əbu Dəvud).

Ummu Sələmə (radıyallahu anhə) isə belə rəvayət etmişdir: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər". (əl-Əhzəb, 59) ayəsi nazil olandan sonra Ənsar qadınları çölə çıxanda başlarını (qara örtüklə) elə örtmüşdülər ki, elə bil ki, başlarında qarğa oturmuşdu". (Əbu Dəvud, 4101).

Səhih hədisləri şübhə etmədən qəbul etmək lazımdır, əks halda bu, insanın dində azmasına gətirib çıxara bilər. Səhih hədisləri qəbul etmədən, Quran hökmlərini tam başa düşmək mümkün deyil. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Bilin ki, mənə Quran və onun bənzəri verilmişdir!" Burada, "onun bənzəri" deyildikdə sünnə (səhih hədislər əsasında) başa düşülür.
Uca Allah buyurur: "O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir" (ən-Nəcm, 3-4)

Paylaş: