Namazda özüm istədiyim duaları edə bilərəm?

    10.12.2014
Kimdən: 
Famil
Sual: 
Salam,mənim 1-ci sualım budur ki,şəhvət oyadan,yəni məsələn bir oğlanla qızın cinsi əlaqəsinə,öpüşmə səhnələrinə və digər ehtiras oyadan filmlərinə və ya şəkillərinə baxmaq haramdır yoxsa yox? 2-ci sualım isə budur ki,namaz qılan vaxtı namaz dualarından başqa mən öz istəyimin yerinə yetməsi üçün hər hansı rükətdə dua edə bilərəm? Yəni məsələn qunutda namaz dualarından başqa səadətə qovuşmaq,şeytannan Allaha sığınmaq,xəstəlikdən şəfa tapmaq üçün dua edə bilərəm?
Cavab: 

Aleykum salam. Bu cavabları oxuyun:
Əxlaqsız fotolara və ya videolara baxmaq olar?
Zina, ona aparan yollar və ondan necə qurtulmaq haqqında

Namazda səcdə zamanı və salamlardan qabaq istədiyiniz duaları edə bilərsiniz (öz dilinizdə). Daha ətraflı: Namazın hansı yerlərində dua etmək olar?
Qunutda da istədiyiniz duaları edə bilərsiniz. Məlumat üçün deyək ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) və səhabələr fərz namazlarında yalnız şiddətli müsibət vaxtlarında, adi vaxtlarda isə yalnız vitr namazında qunut duası ediblər. Yəni fərz namazlarında həmişə qunut duası edilmir.

Teqlər: 
Paylaş: