Qadın üçün üç dəfə namaz qılmaq qaydalarını yaza bilərsinizmi?

    28.12.2014
Sual: 
Salam.3 dəfə namaz qılmaq qaydaları (qadın üçün) deyə bilersiz?
Cavab: 

Aleykum salam. Əvvəla onu qeyd edək ki, namaz gündə üç dəfə yox, beş dəfə qılınır. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (əl-Buxari). 
Bu söz həm kişilərə, həm də qadınlara aiddir. Quran və səhih hədislərdə qadınlar üçün xüsusi namaz qaydaları bildirilməmişdir. Daha ətraflı: Namazın qılınma qaydası - VİDEO
 

Teqlər: 
Paylaş: