Namazdan sonra şəhvətsiz nəmlik olarsa, namaz batildirmi?

    21.01.2015
Sual: 
Salam Aleykum. Həmişə namazdan sonra özümü yoxlayıram. Bu dəfə namazdan dərhal sonra yenə yoxladım və çox az miqdarda nəmlik vardı (şəhvətsiz). Görəsən namazım batildirmi? Yenidən qılmalıyammı? Qeyd edim ki, mən qızam.
Cavab: 
Aleykum salam. Adətən belə hallar şeytanın vəsvəsələrindən irəli gəlir. Vəsvəsələrlə isə mübarizə aparmaq yox, onlara fikir verməmək lazımdır. İslamda "şəkk-şübhə ilə yəqin aradan getməz" deyilən prinsip var. Dəstəmazın pozulmasına tam əmin olmayınca, şübhələrə görə yenidən dəstəmaz almaq lazım deyil. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən biriniz səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxmasın!" (Səhih əl-Buxari; Səhih Muslim; Sunən Əbu Davud).
Paylaş: