Dəstəmaz alarkən başa mütləq məsh çəkilməlidirmi?

    24.01.2015
Sual: 
salam aleykum və rəhmətullahi və bərəkətuhu. Dəstnamaz alarkən başı tam məsh etmək vacibdirmi? mənim başım ortülü olduğu üçün ayrı bir yerdə dəstnamaz alarkən bunu etməkdə cətinlik çəkirəm. Allah razı olsun
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Dəstəmaz alarkən başa çəkmək dəstəmazın vacib şərtlərindəndir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı (yuyun)...". (əl-Məidə, 6).  Daha ətraflı: Dəstəmaz necə alınır?

Paylaş: