Hamilə qadın öldükdə bətnindəki uşaq sağ ola-ola onu da basdıranlar günah qazanırmı?

    04.02.2015
Kimdən: 
Günay
Sual: 
Salam.Bu yaxınlarda bətnində 9 aylıq uşaq olan xanım dünyasını dəyişib.amma uşaq ananın qarnında sağ imiş.Uşağıda ana ilə birlikdə dəfn ediblər.Sağ ola-ola.Sizcə bu günahdırmı?Uşağın atası deyib ki balanı anadan ayırmayın.Bir sualımda var.qadın əgər bətnində uşaq ölərsə onun yeri cənnət olar yoxsa cəhənnəm?Xahiş edirəm cavablandırasınız!
Cavab: 

Aleykum salam. Ölən qadın şəhid sayılır və Cənnətdə ən yüksək dərəcələrdədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) şəhidliyin növlərini sadalayarkən demişdir:  "Qarnında uşağı olduğu halda ölən qadın da şəhiddir". (Əbu Davud)
Həmçinin demişdir: "doğuş zamanı ölən qadını uşağı cifti ilə Cənnətə sürükləyəcək" (İmam Əhməd)
Amma uşağın diri olduğunu bilə-bilə onu çıxarmamağın günahının insanı öldürmək qədər şiddətli olub-olmadığını deyə bilmərik. Doğrusunu Allah bilir.
Hər bir halda həmin uşağın atası qəlbən peşman olaraq tövbə etməli və çoxlu yaxşı əməllər etməlidir. Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?

Teqlər: 
Paylaş: