Qayınatanın yanında hicabsız gəzmək olarmı?

    01.02.2015
Sual: 
Salam aleykum.Allah sizden razı olsun.men bilmek isderdim hicablı qadın qayınatasının yanında başı açıq geze bilermi.ikinci sualım eger qüsl almaga su var ancaq şerait yoxdursa qusl almaga imkan yaranınca teyemmum etmek olarmı
Cavab: 

Aleykum salam.

  1. Qayınata gəlin üçün məhrəm sayılır və onun yanında hicabı aça bilər: "...Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər...". (ən-Nur , 31). 
  2. Əgər şərait yoxdur dedikdə, suyun olması amma qızıdrmağa imkan olmaması, evin soyuq olmasını və s. hallar nəzərdə tutursunuzsa, onda mövcud problem öz həllini tapana qədər torpaqla müvəqqəti təyəmmüm almaq olar. Əgər hamamın olmamasını qəsd edirsinizsə, kiçik bir küncdə vanna qoyub və ətraflarını pərdə ilə tutaraq qüsl almaq, yəni bədənin hər yerini su ilə islatmaq lazımdır. Daha ətraflı: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Paylaş: