Tələbə səfərdə sayılırmı? Corabın üstünə məsh etmək olarmı?

    03.02.2015
Kimdən: 
Emin
Sual: 
as-s-selemun aleykum ve rehmetullahi ve bereketu.men telebeyem kire-de qaliram.men seferde olmuw kimi sayilirammi?evde olarken ayaqlarimi gunorta yuyub sonraki namazlarda mesh ceksem olarmi.yoxsa wertdimiki seher yuyum.ve mumkundurse telebeye aid bawqa meslehetler varsa yazardiniz.sualima tez cavab versez sevinerem.cox sagolun
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Oxumaq üçün yaşadığınız şəhərdən başqa şəhərə gəlmisinizsə, səfərdə sayılırsınız. Amma alimlərə görə, qalacağınız müddət bəllidirsə və uzundursa, həmçinin arxayınlıq varsa, səfər namazı yox, adi namaz qılmaq daha yaxşıdır. Arxayınlıq olmadığı halda səfər namazı qıla bilərsiniz.
Səhər dəstəmaz alanda ayaqlarınızı yuyub corab geyinsəniz, gün ərzində corabın üstünə məsh edə bilərsiniz. Daha ətraflı: Corabın üstünə məsh etmək barədə

Paylaş: