Hərbiçiyə namaz qılmaq vacibdirmi?

    05.02.2015
Sual: 
Mən hərbiçiyəm namaz qılmagım vacibdirmi?
Cavab: 

Salam aleykum. Əvvəlcə qeyd edək ki, siz vətəni, müsəlmanları qorumaqla savabı çox böyük olan işlərdən görürsünüz. Bu işin fəziləti (xeyri, üstünlüyü) haqqında Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) çoxlu hədis demişdir, məsələn: "Bir gün və bir gecə sərhədi qorumaq, gündüzü oruclu gecəsi ibadətli keçirilən bir aydan daha xeyirlidir. Əgər adam bu keşik əsnasında vəzifə başında ikən ölsə, etməkdə olduğu işin savabı qiyamətə qədər davam edər, şəhid olaraq ruzisi də davam edər və qəbirdəki sorğu mələklərindən güvən içində olar". (Muslim).
Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!" (Ali İmran, 200).
Namaz qılmaq isə peşəsindən asılı olmayaraq hər kəsə vacibdir. Həmçinin oxuyun: Namaz qılmayan Cənnətə girə bilərmi?

Teqlər: 
Paylaş: