Şirk haqqında ayələr yaza bilərsinizmi?

    14.02.2015
Kimdən: 
haqq
Sual: 
salam.mənə şirk haqqında olan sure ve ayələri yaza bilərsizmi?
Cavab: 

Aleykum salam. Allahın izni ilə yaxın zamanlarda şirk haqqında ətraflı məqalələr hazırlamaq niyyətindəyik. Şirk haqqında Quranda ayələr çoxdur, onlardan bəziləri: "Həqiqətən, Allah Ona şərik qoşanı bağışlamaz, bundan başqa istədiyi şəxsləri bağışlaya bilər. Allaha şərik qoşan şəxslər, şübhəsiz, ən ağır günah işlətmiş olurlar". (ən-Nisə, 48).
"Şübhəsiz ki, "Allah Məryəm oğlu Məsihdir!" deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdir: "Ey İsrail övladları! Mənim də, sizin də Rəbbimiz olan Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalimlərin heç bir köməkçisi yoxdur!" (əl-Məidə, 72).
"De: "Mən göyləri və yeri Yaradan Allahdan başqasınımı dost tutacağam? O, (hamını) yedirir, Özünü isə (heç kəs) yedirmir". De: "Mənə (Allaha) təslim olanların birincisi olmaq əmr edildi". Odur ki, sən müşriklərdən olma!" (əl-Ən'am, 14).
"Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər (Ona) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı". (əl-Ən'am, 88).
"De: "Rəbbim həm aşkar, həm də gizli (törədilən) yaramaz əməlləri, (hər cür) günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur". (əl-Ə'raf, 33).
"Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma!" (Yunus, 105).

"Allaha üz tutub Ona şərik qoşmayın! Allaha şərik qoşan göydən yerə düşüb quşların diddiyi, küləklərin sovurub apardığı və (tikələrini) uzaqlara atdığı (kəslər) kimidir!" (əl-Həcc, 31).
"Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! (Allaha) şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!" (Loğman, 13).
"De: "Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?" Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!" (əz-Zumər, 64-66).
"Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!" (ər-Rum, 31).
"...Allahdan başqa heç kəsə dua etməyin!" (əl-Cinn, 18). 
Həmçinin oxuyun:
Şirk nədir?
Şirk necə yaranmışdır?
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

Teqlər: 
Paylaş: