Quran sədaları altında namaz qılmaq doğrudurmu?

    15.02.2015
Sual: 
salam aleykum.menim yaş yarlmlıq qızım var men namaz qılmaqdan evvel usagı mahnı mugam sesiyle yatirdirdim ve oyanınca oxuyurdu.qoyurdumki qıraqdan gelen seslere oyanmasın.indi çox şükür namaz qılıram ve hicablıyam.indi ise quranın beqere suresini qoyub yatdırıram ve namaz vaxdıdırsa ele o otaqda qılıram quranında sesini eşidirem.ancaq fikrim o quranın sesinde olur bele olarmı fikrinizi bilmek isderdim
Cavab: 

Aleykum salam. Qurana qulaq asmaq gözəl əməl olsa da, namaz qılarkən Qurana qulaq asmaq olmaz, çünki fikir yalnız namazda olmalıdır. Uca Allah buyurur: "Həqiqətən, mö’minlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər!" (əl-Mu'minun, 1-2). Daha ətraflı: Namazda fikri toplamaq üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: