Quranı, ərəbcə mükəmməl bilməyən adam oxuya bilər?

    16.02.2015
Sual: 
Salam Aleykum.Men Quran oxuyuram erebce menasini ezber bilmirem amma Quranin azerbaycanca tercumesini oxumuwam..Bilmek isterdim men Qurani erebce mukemmel bilmiremse oxumali deyilem bezileri deyir ereb dilini menasini bilmirswnse menasi yoxdur.Men o nda sevab qazanmiram..??? Birde Qirani oxuyanda bawi aciq o lar Be le ewitmiwem.. ve destemaz Alanda baw acmaq olarmi...??? Allah razi olsun
Cavab: 

Aleykum salam. Bəli oxuya biərsiniz, Quranı mükəmməl oxuya bilməyib öyrənməyə çalışanlar ikiqat savab qazanırlar. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: "Hafiz olub Quran oxuyan kimsə, mələklərlə bərabərdir. Özünə çətin gəldiyi halda bacardığı kimi (kəkələyərək) Quran oxuyana isə iki qat savab vardır". (əl-Buxari, Muslim). Daha ətraflı: Quran oxuyarkən səhvə yol vermək günahdırmı?
Quran oxuyanda, həmçinin dəstəmaz alanda başı açmaq olar.

Teqlər: 
Paylaş: