Ərə gedən qıza Qurani Kərim kitabını cehiz kimi vermək olarmı?

    15.03.2015
Sual: 
salam.qurani kerim cehiz kimi verile bilermi?
Cavab: 

Aleykum salam. Bəli, bu gözəl hədiyyədir. Allah yeni qurulan müsəlman ailələrinə bərəkət versin. Quranı oxumaq üçün verməlisiniz, suvenir kimi evin görünən yerinə qoymaq və ya şkafda bağlı saxlamaq niyyəti ilə yox. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Üç şey qiyamət günü sahibindən şikayətlənər. Müəyyən bir yerdə olan lakin oxunmayan Qurani Kərim, elmini insanlara öyrətməyən alimin elmi və ətrafında insanların olduğu halda içini toz basıb namaz qılınmayan məscid". (Əbu Dəvud, Tirmizi, Nəsəi)

Teqlər: 
Paylaş: