Ərimin mərc oyunlarından pul qazanması mənə günahdırmı?

    23.03.2015
Kimdən: 
AISE
Sual: 
ESSELAMUN ALEYKUM.men ailleliyem 2korpe ovladim var.yoldasim islemir,hemdeki,is tapa bilmir.qaynanamin pensiyasi ile dolaniriq demek olarki heco da halal deyil yalanci xestelikle pensiya alir.yoldasim topaz oynuyur.cox vaxt uduzur.neqeder ona izah ediremse meni anlamaq istemir.deyir halal hecne yoxdu.udanda bize xercleyir.elacsizliqdan mende yeyirem amma vicdanim rahat deyil balalarim ucun nrhtam cunki onlar gunahsizdirlar.bilmek isterdim buna gore mende gunah qazaniram?
Cavab: 

Aleykum salam. Bu cür oyunlar qumardır və böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91).
"Halal heç nə yoxdur" demək böyük xətadır, halallar çox, haramlar isə azdır. Bununla belə, şeytan az olan haramları insanlara cəlbedici göstərir. Əslində bu şeyə israf olunan vaxt (çayxanalarda oturmaq, futbol oyunlarını baxmaq, bu sahədə son yenilikləri izləmək və s.) bərəkətini Allahdan istəyərək hansısa bir sənəti öyrənməyə və ya kiçik bir iş qurmağa sərf edilməlidir. Rəbbimiz buyurur: "Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər". (ət-Talaq, 2-3).
Yoldaşınızın qumar oynaması sizə günah sayılmasa da, onu bundan çəkindirmək sizin üzərinizə düşən vacibdir. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz...". (Fatir, 18). Həmçinin oxuyun: 
Valideyninin qazancı haramdandırsa, övlad ondan istifadə edə bilərmi?
Ruzinin artması üçün hansı duanı oxumalıyıq və ya nələr etməliyik?
Halal ruzi qazanma yolları haqqında
Evdə oturub "iş yoxdur" deyən qardaşlara nə məsləhət görərdiniz?

İslama dəvət necə olmalıdır?

Teqlər: 
Paylaş: