1. Fatihə surəsi

1. Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
2. Həmd olsun aləmlərin Rəbbi Allaha,
3. Mərhəmətli və Rəhmliyə, 
4. Haqq-hesab gününün Hökmdarına! 
5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6. Bizi doğru yola yönəlt -
7. nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox!