Azan və iqamə oxumağın savabı haqqında

    28.04.2015
Sual: 
salam.azan ve iqame oxumagin savabi ne qederdir?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə, azan -- namaz vaxtının daxil olduğunu, iqamə isə namazın başladığını bildirmək üçün oxunur.
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Qiyamət günü müəzzinlər insanlar arasında ən uzun boyunlu olacaqlar". (Sahih əl-Cəəmi əs-Sağir əsəri: № 6645; Muslim: 1/ 290/ № 387).
"Müəzzin səsinin getdiyi yer boyunca bağışlanar...". (Muslim, Təharət: 14; Tirmizi, Məvaqit: 46; İbn Məcəh, İqamət: 79).
"Həqiqətən müəzzinin səsini eşidən cin, insan və hər şey qiyamət günün onun bu əməlinə şahidlik edəcəklər" (ən-Nəsəi: № 625; Buxari: 2/ 87/ № 609; Nəsai: 2/ 12).
"Əgər insanlar azan (verməyin) və birinci səfdə (cərgədə) namaz qılmağın fəzilətini bilsəydilər, (arzu edənlər o qədər çox olardı ki,) püşk atmaq məcburiyyətində qalardılar. Yenə məscidə erkən gəlib camaata vaxtından əvvəl yetişməyin fəzilətini bilsəydilər, bir-biri ilə yarışardılar. Bir də yatsı (işa) və sübh namazını camaatla qılmağın savabını bilsəydilər, iməkləyə-iməkləyə, sürünə-sürünə də olsa, bu namazlara gələrdilər". (Buxari, Azan 9; Muslim, Salat 129).
"Azan və iqamə arasında edilən dua qəbul olunur, (bu vaxtı) dua edin!" (Əbu Dəvud, 52).
Həmçinin oxuyun: Azan və iqamənin sözləri

Teqlər: 
Paylaş: