Bidətçi imamın arxasında namaz qılmaq olarmı və digər suallar
Sual: 
Salam aleykum ve rahmetullah  suallarim biraz coxdur isteyirem  etrafli cavab veresiz.Bezi qardaslar  deyirlerki o mecidde imam bidetcidi bidetci imamin arxasinda namaz qilmaq olar?Dunyasini deyismis  doqma qardasin zovcesini almaq olar?Kisi boqazinda cixan artiq tukleri  qayci ile kese bilermi?Telefon  dukaninda 400 ola teli kreditle ancaq banka yox ele odemeyle  ustunde 100 azn vermey yenede faiz haqqina girir haramdi?Namaza  baslayanda estafurulla demey  lazimdir?Paltarivin hansisa bir yerine sidiy deydiyde onu  su ile temilemey  laimdir yoxsa deyismey?Oruc zamani visvakin copu baqaza gederse oruc pozulur? seher sahura durduqun an azanin vaxtina az qalib amma teharete deyirsen orda qelbde kecirmey  olar  niyyeti yoxsa cata bilmeyeceksen yoxsa yox?ALLAh razi olsun sizleri xeyirle mukafatlandirsin..
Cavab: 
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
- İbn Teymiyyə (rahiməhullahu) belə demişdir: "Səhabələr (Allah onlardan razı olsun) asilik etdiyini bildikləri imamların arxasında namaz qılırdılar. Belə ki, Abdullah ibn Məsud və digər səhabələr (radıyəllahu anhum) içki içən, bəzən bilərək sübh namazını dörd rükət qıldıran, Osman tərəfindən qamçılanan əl-Valid ibn Uqbə ibn Əbu Mueytin arxasında namaz qılırdılar. Həmçinin Abdullah ibn Ömər və başqa səhabələr Həccac ibn Yusifin, Səhabə və Tabiinlər şəriətdə əsaslı bir məsələni inkar (ilhad) etməkdə ittiham olunan və zəlalətə dəvət edən İbn Əbu Ubeydin arxasında namaz qılardılar". (İbn Teymiyyə: "Məcmuu-l-Fətəva, 3,/281).
 - Bəli, şəriətə görə vəfat etmiş qardaşın zövcəsi ilə evlənmək olar.
 - Bəli, boğazdakı artıq tükləri qayçılamaq olar.
 - Borcu gecikdirdiyiniz halda məbləğin üzərinə əlavə faiz gəlmirsə, almaq olar. Amma imkan ola-ola borcu gecikdirmək günahdır.
 - Xeyr, namaza başladıqda "istiğfar" (əstəğfirullah deyərək Allahdan bağışlanma diləmək) etmək lazım deyil.
 - Nəcisə bulaşmış paltarı mümkündürsə, su ilə təmizləyin, əks halda çıxarıb yumaq lazımdır.
 - Bilmədən misvakın çöpünün boğaza getməsi orucu pozmur
 - Ümumən niyyət dillə deyilmir. Daha ətraflı: Niyyəti dillə deməyin bidət olması haqqında
 - Ayaqyoluna girərkən edilən zikr isə deyilməlidir və dodaqlar tərpənməlidir.