Heyzdən sonra qüsl almadığıma görə namazlarım qəzaya düşmüş sayılırmı?

    28.04.2015
Kimdən: 
Aynaz
Sual: 
Salam bagislayin sualima gore men telebeyem kiraye qaliram aybawi oldum qurtarmisam indi olmuram qusl almaliyam amma kiraye qaldigima gore heftede bir defe su salinir onagore qusl ala bimirem yeqin bawa duwersiz.Indi bilmek isteyirem ki xestelenib qurtarannan sonra hemin gunlerim qezzaya gedirmi qusl almamisam? Cox uzr isteyirem sualima gore.
Cavab: 

Aleykum salam. Heyz (aybaşı) olub qurtardıqdan sonra qüsl almaq, buna şərait olmadıqda isə təyəmmüm almaq vacibdir. Qüsl və ya təyəmmüm olmadan qılınan namaz batildir. Bilməyərəkdən etmisinizsə, Allahın izni ilə üzrlü sayılırsınız. Səmimi tövbə edin, namazların qəzalarını isə qılmaq lazım deyil. Həmçinin oxuyun:
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Təyəmmüm necə alınır?

Paylaş: