Xəstə adam üçün "Yasin paylayıb oxumaq" haqqında

    28.04.2015
Sual: 
Salam aleykum. 1) Xəstə insan üçün Quran oxumaq ve başqalarina oxutdurmaq olarmi? ( Mən türklərdə eşitmişdim ki, kimsə xəstədi məsələn Yasin paylıyırığ kim neçəsini oxumağ istəyir?) 2) burda sizə sual verilmişdi ki, elçi gələndə başı açmaq barədə siz demişdiz olar . axı gələn elçi də naməhrəmdi. Hər elçinin yaninda başımızı açmalıyıq? Ümumiyyətlə naməhrəmin yaninda bsşı açmaq olmaz axı?
Cavab: 

Aleykum salam. 

  1. Quran bəzi xəstəliklərin şəfası olsa da, xəstə adama qeyd etdiyiniz şəkildə Quran oxumaq bidətdir (dində yenilik), bidət isə böyük günahdır. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öyrətdiyi Quranla müalicə üsulu ruqyə adlanır. Xəstə uzanır və kimsə əlini onun başına qoyaraq Quran oxuyur. Bu, xəstəliyin şiddətindən asılı olaraq bir dəfə ya çox edilə bilər, həmçinin hər müalicə seansı qısa və ya uzunmüddətli ola bilər. Bu sahədə mütəxəssislərə də müraciət etmək olar. Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların və kafirlərin ancaq ziyanını artırar". (əl-İsra, 82); "De ki: "O, iman gətirənlərə hidayətdir və şəfadır". (Fussilət, 44); "Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!" (Yunus, 57). Həmçinin oxuyun: Quranla müalicə
  2. Diqqətlə oxusanız, orada bu məsələnin alimlər arasında ixtilaflı olması, həmçinin hicabı açmağın məcburi yox, könüllü olması qeyd edilmişdir.
Teqlər: 
Paylaş: