Quran kitabını necə və harada saxlamalıyıq?

    30.04.2015
Kimdən: 
Lale
Sual: 
Qurani kerim kitabini harada ve nece saxlamaliyiq?Ustu aciq veziyyetde yoxsa neylese ortmeliyik?Qadin oxuyarsa qapali geyinmelidir?Hansi otaq daha duzgundur?
Cavab: 

Salam aleykum. Qurani Kərimi nəcasət olmayan istənilən yerdə saxlamaq olar. Qurani Kərim onu haradasa müqədəssləşdirib əllərin dəymədiyi, gözlərin görmədiyi yerdə saxlanılmaq üçün yox, onu oxuyub əməl etmək üçün göndərilib. Quranı oxuyarkən qapalı geyinmək lazım deyil. Daha ətraflı:
Quranı oxumadan evdə bağlı saxlamaq haqqında

Teqlər: 
Paylaş: