Başqa yol yoxdursa, ipoteka ilə mənzil almaq günahdırmı?

    02.05.2015
Kimdən: 
aysel
Sual: 
Salam. Menim menzil ehtiyacim var bunun ucun ipoteka krediti ile alsam gunah olar? Cunki cetinlikler var oz evimin olmasini isteyirem. Ve ele bir imkan da yoxdur almaga..belke de deyeceksiz dua edin allahdan isteyin onu da edirem,ama aydin meseledi ki hec kim duran yerde mene ev bagislamayacaq. Odur ki mecbur qalsam ipotekayla gotur bileremmi??!
Cavab: 

Aleykum salam. İpoteka kreditin bir növü olduğu üçün haramdır. "Allah Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etmiş və: “Onlar bərabərdirlər”, – demişdir”. (Muslim). Daha ətraflı: Kredit götürmək haqqında
Bütün haramlar kimi kredit götürməyə də yalnız şiddətli zərurət halında və başqa çıxış yolu olmadıqda icazə verilir. Amma şəxsi evin olmaması bu cür şiddətli zərurətə daxil deyil, çünki kirayə qalmaq seçimi də var. Həmçinin faiz olmadan hissə-hissə ödənişlə ev satan şirkətlər axtarmaq və ya faizsiz borc tapmağa cəhd göstərmək lazımdır.

Şəxsi evinin olmasını istəyən bunun üçün çalışmaqla bərabər Allaha çoxlu dua etməli və Ona təvəkkül etməlidir. Uca Allah buyurur: "Kim Allahdan qorxsa, Allah onun işini asanlaşdırar və hər çətinlikdən bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir". (ət-Talaq, 3-4).
"Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir". (əl-Bəqərə, 45).
"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!" (əl Bəqərə, 155).

Həmçinin oxuyun:
Dualarım qəbul olmur, nə edim?
Ruzinin artması üçün nə etməliyik?

Teqlər: 
Paylaş: