Əməl etmədən günah olan şeyləri düşünmək günahdırmı?

    07.05.2015
Sual: 
Günah olan şeyləri fikirləşmək ancaq onu etməmək olarmı
Cavab: 

Salam aleykum. İnsan ağlına gələn fikirlərə əməl etmədikcə cəzalanmır. Pis fikirlər şeytanın vəsvəsidir. Pis fikirləri qovmaq üçün isə Uca Allahı çoxlu zikr etmək lazımdır, əks halda fikirlər insanı pis əməllərə apara bilər. Bir sözlə günah düşüncədən əmələ keçməzsə, cəzası olmaz. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah ümmətimdən nəfslərində etməyi arzuladıqları şeyləri etmədikləri və danışmadıqları müddətcə əfv etdi". (əl-Buxari, cild: 7, səh: 59). Həmçinin oxuyun:
İnsanın beyninə gələn fikirlər günahdırmı?
İnsanın keçmişdə buraxdığı səhvin tez-tez yada düşməsi nəyə işarədir?

Teqlər: 
Paylaş: