Quranda namazın qılınma qaydası təfsilatlı şəkildə niyə yoxdur?

    17.01.2014
Sual: 
Niye Quranda namazin qilinmasi, hereketleri ve.s haqqinda informasiya yoxdur? Deyeceksiz bashqa kitablar. O kitablardami muqeddes sayilir? Men ateist deyilem, namazda qiliram, sadece bu sualin cavabi meni chox maraqlandirir. Bax burada problem var ki, butun muselmanlar 50 yere bolunub!?
Cavab: 

Aleykum salam. Əvvəla qeyd edək ki, hər şeyi Qurana yerləşdirmək mümükün deyil. Uca Allah buyurur: "De: "Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı". (əl-Kəhf, 109). Ayədən də göründyü kimi islamın bütün hökmlərinin təfsilatını bir kitabda cəm etmək mümkün deyil. Allah ayələrini yazıb qurtarmaq imaknsızdır. Qurani Kərim də ayələr və hökmlər yığcam və mənalıdır. İnsanlar hökmlərin tam izahlı icra formasını Uca Allahın insanlara göndərdikləri peyğəmbərlər (Onlara Allahın salamı olsun) vasitəsi ilə öyrəniblər. Bizim ümmətə də Məhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) "rəsul" (Allahın Elçisi) olaraq göndərildi. Qurani Kərimdə insanlara Uca Allah tərəfindən tam izahlı icra forması verilməyən əmr və hökmlərin təfsilatlı tətbiq qaydaqlarını biz Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) sünnəsindən öyrənirik. Uca Allah buyurur: "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir". (əl-Həşr, 7).
"
(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).

Bölünməyə gəldikdə isə islam bunun əleyhinədir. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!" (Ali İmran, 103).

Teqlər: 
Paylaş: