Şahidliyi məqbul sayılan kimsə

    13.04.2015

Yalnız həddi büluğa çatmış, aqil və ədalətli müsəlmanın şahidliyi məqbul sayılır.
Kafirin isə şahidliyi məqbul sayılmır. Hətta bu şahidlik digər kafirə qarşı olasa da məqbul sayılmır. Uca Allah buyurur: «...içərinizdən iki ədalətli şahid tutun....»[1].
Digər ayədə isə buyurulur: «...razı qaldığınız insanları şahid tutun»[2]. Kaifr insan nə ədalətli, nə razı qalınan, nə də ki, bizdən deyildir[3].
Uşağın da şahidliyi məqbul sayılmır. Uca Allah buyurur: «...Öz adamlarınızdan iki kişini də şahid tutun!...»[4]. Uşaq isə bizim kişilərimizdən sayılmır.
Kəmağıl, dəli və bu kimi insanların şahidliyi məqbul sayılmır. Çünki onların özlərinə qarşı dedikləri söz məqbul sayılmırsa, digərlərinə qarşı dedikləri sözün məqbul sayılmaması daha uyğundur.
Fasiq insanın da şahidliyi məqbul sayılmır. Uca Allah buyurur: «...içərinizdən iki ədalətli şahid tutun....»[5].
Peyğəmbər (S.A.V.) demişdir: «Xain, zinakar və başqasına qarşı ədavəti olan kişi və qadının şahidliyi məqbul sayılmır»[6].
 

 
[1] Talaq: 2.
[2] əl-Bəqərə: 282.
[3] Mənarus Səbil: 2/ 486.
[4] əl-Bəqərə: 282.
[5] Talaq: 2.
[6] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 1916. Əbu Davud: 10/ 10/ № 3584. İbn Macə: 2/ 792/ № 2366. Onun rəvayətində ortadakı cümlə belədir: «İslamda cəzalandırılmış adamın şəhadəti məqbul sayılmır».