And içmək

    13.04.2015

İddiaçı öz iddiasını isbat etmək üçün dəlil-sübut gətirməkdə aciz olar və ittiham olunan tərəf onun iddiasını inkar edərsə, iddiaçıya qalan fürsət yalnız ittiham olunan şəxsin and içməsidir. Peyğəmbər (S.A.V.) demişdir: «Sübut gətirmək iddiaçının, and içmək isə ittiham olunanın boynunadır»[1].
Əşəs ibn Qeys əl-Kindi deyir ki, mənim quyuya görə bir nəfərlə mübahisəm vardı. Biz bu barədə Peyğəmbərə (S.A.V.) şikayətçi olduq. O dedi: «Ya iki nəfər şahid gətir, ya da o and içəcəkdir». Mən dedim: Elə isə o da and içib buna əhəmiyyət verən deyil. Peyğəmbər (S.A.V.) dedi: «Kim yalandan and içər və bununla müsəlmanın malını mənimsəyərsə, Allahla qarşılaşarkən Allah ona qəzəbli olar». Allah deyilən hökmün təsdiqi olaraq bu ayəni nazil etdi: «Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!»[2].

 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2896. Tirmizi: 2/ 399/ № 1356.
[2] Buxari: 11/ 558/ № 6676-77. Müslim: 1/ 122/ № 138. Əbu Davud: 8/ 67/ № 3227. Tirmizi: 4/ 292/ № 4082. İbn Macə: 2/ 778/ № 2323.