Quranda bəzən insanın palçıqdan, bəzən isə sudan yaradıldığının deyilməsinin mənası nədir?

    27.05.2015
Sual: 
Salam aleykum. Quranda dəfələrlə müxtəlif ayələrdə insanın palçıqdan yaradıldığı göstərilir.Furqan surəsi 54cü ayədə insanın sudan yarandığı yazılıb. Bunu açıqlayardınız zəhmət olmazsa.çox sağ olun. Allah razı olsun sizlərdən.
Cavab: 

Aleykum salam. Quranda "Həqiqətən, Biz, insanı palçıq cövhərindən yaratdıq" deyildikdə burada yaradılışın əsli, yəni Adəm peyğəmbərin (aleyhi-s-sələm) palçıqdan yaradılması nəzərdə tutulur. Sudan yaradılma dedikdə isə, digər insanların nütfədən (sperma, məni) yaradılması nəzərdə tuulur.
Uca Allah buyurur: "Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun...!" (ən-Nisə, 1).
"Həqiqətən, Biz, insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!" (əl-Mu'minun, 12-14).
"O, insanı qan laxtasından yaratdı". (əl-Aləq, 2). 

"Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq." (əl-İnsan, 2)
"Sudan insan yaradan, ona qan qohumları və sonradan qohum olanları bəxş edən Odur. Rəbbin hər şeyə Qadirdir". (əl-Furqan, 54). 
Ayənin təfsirində isə belə deyilir: "Yalnız Uca Allah, Kainatın Vahid Xaliqi­dir və Onun nə köməkçiləri, nə də şərikləri yoxdur. O, insanları ikrah doğuran maye­dən yaradır və on­ları qan qohumluğu və nikah ilə birləşdirir. İnsanlar ara­sında fərq­lər və ümumi əlamətlər nə qədər çoxdur! Onların hamısı dün­ya­ya ikrah doğuran mayədən əmələ gəlirlər və bu Uca Allahın kamil qüdrə­tinə dəlalət edir. Bu həmçinin təkcə Allahın Öz qulla­rının ibadətinə layiq olduğunu və bütün digər uydurulmuş “ilah­lara” ibadətin əbəs və faydasız­lığını sübut edir". (Abdurrahmən ibn ən-Nasir əs-Səədi, Quran Təfsiri).

Paylaş: