Mənasını bilmədiyimiz surələrə, ruqyalara qulaq asmaq olarmı?

    28.05.2015
Sual: 
Salam menasini bilmediyimiz surələrə ruqyalara qulaq asmaq düzgündürmü ?
Cavab: 

Aleykum salam. Həmin ruqyanın sözləri Quran, hədislər və sünnədəki dualara əsaslanırsa, ərəb dilini başa düşməsəniz belə, onlara qulaq asa bilərsiniz. Amma mənası ümumiyyətlə bilinməyən sözlərə qulaq asmaq və onlarla ruqya etmək haramdır.

Üç şərt olduğu halda ruqya etməyə icazə verilir.
Birincisi, ruqya Allahın kəlamları, ad və sifətləri ilə olmalıdır. Ruqyanin sözlərində şəriətə müxalif sözlər olmamalıdır. Allahdan başqasına dua etmək, yaxud cinlərdən mədəd diləmək və ya başqa bu kimi şirk ovsunlar oxumaq haramdır. Uca Allah buyurur: "Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilmə­yən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan" (Yunus, 106).
İkincisi, ruqyanın sözləri aydın və mənası başa düşülən olmalıdır. Mənası başa düşülməyən tilsimləri oxumaq haramdır. 
Üçüncüsü, ruqya edən qəti inanmalıdır ki, ruqya özü təsir edən qüvvəyə malik deyildir. Əslində ruqya Allahın qüdrəti və istəyi olmadan təsir edə bilməz. Ruqya oxumaq bir səbəbdir, çünki istədiyinə şəfa verən yalnız Allahdır.    
Yuxarıdakı şərtləri özündə cəm etməyən bütün digər növ ruqya və ovsunlar haramdır. Daha ətraflı:
Allahın kəlamı ilə müalicə 
Bəzi ruqyə ayələri
Cadudan necə qorunmaq olar?

Teqlər: 
Paylaş: